Şüvəlan qəsəbəsi 4 nömrəli xüsusi internat məktəbinin elektrik təchizatı və yenidənqurma işlərinin aparılması.

Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbin də musiqi, idman, müalicəvi bədən tərbiyəsi otaqları və siniflərində bütün lazımi avadanlıqlar var. Bundan əlavə, məktəbin nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinin kiçik binasının yerində sağlamlıq imkanları məhdud 100 məktəbəqədər uşaq üçün nəzərdə tutulan ikimərtəbəli Reabilitasiya-İnkişaf Mərkəzi inşa edilib. Noyabrın 23-ü Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində  aparılmış yenidənqurma işlərində elektrik təchizatı işləri Noble-N MMC yə həvalə olunmuşdur.