MUM işıqlandırma layihəsi.

Sevimli paytaxtımız Bakı şəhərinin nümunə ola biləcəyi dünyanın bir çox iri şəhərlərində gece görüntülərinin gözəlliyi ordakı binaların fasadlarında arxitektur işıqlandırmanın hansı zövqlə yerinə yetirilməsindən asılı olur. Son illərdə binaların işıqlandırmalarının həlli zamanı bütün dünyada LED lampalarından geniş istifade olunmağa başlanmışdır. "Noble-N MMC" şirkəti binalarınızın fasadlarının işıqlandırma işlərinin layihələndirilməsini və açaraltı təhvilini sizə təklif edir. Mütəxəssislərimiz hem fasadların işıqlandırılmasının ən müasir cəsarətli həllinin tapılmasında, hem de binaların arxitektur işıqlandırılmasının ənənəvi metodlarını həyata keçirilməsində sizə yardımçı ola bilərlər.

Molla Vəli Vidadi, Əlövsət Quliyev küçələri və kəsişmələrində yerləşən memarlıq evlərində möhtəşəm işıqlar yandırılır, orda olanları nağıllar aləminə sehr edir və turistlərin böyük marağına səbəb olur. Xatırladaq ki, işıqlandırma Bakı şəhər Icra Hakimiyyətinin dəstəyi ilə "Bakı Abadlıq Xidməti" tərəfindən Bakının mərkəzində aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində Bakının mərkəzində evlərin və küçələrin yenidən qurulması çərçivəsində quraşdırılıb.